Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Mozaika sənətinin sirləri" adlı mühazirə keçirilib.
Tanınmış mozaika ustası, rəssam Əmirxan Məmmədvəliyevin təqdimatında keçirilən mühazirə Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş "Oqtay Şıxəliyevin mozaik dünyası. Mozaika. Rəngkarlıq. Keramika" sərgisi ilə əlaqədar təşkil olunub.
Mühazirə zamanı mozaika sənətinin tarixi, estetikxüsusiyyətləri, bədii ifadə imkanları və monumental sənətdəki rolu haqqında ətraflı məlumat verilib. HəmçininƏmirxan Məmmədvəliyev və Oqtay Şıxəliyevin birgəyaradıcılıq yolu, sənət əməkdaşlığı və Azərbaycanmonumental sənətinə verdikləri töhfələrdən bəhs olunub.
Mühazirənin sonunda iştirakçılar sərgi ilə tanış olaraq OqtayŞıxəliyevin zəngin yaradıcılıq irsini əks etdirən əsərləriyaxından izləyiblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az