Keçmiş 5 nömrəli xəstəxana nə vaxt yenidən istifadəyə veriləcək? - Tarix məlum oldu

27 Noyabr 2026 18:10

Nərimanov Tibb Mərkəzinin əsas binası artıq 3 ildir təmirə bağlanıb.

Milli.Az xəbər verir ki, təmir işləri ilə əlaqədar 2023-cü ilin sentyabr ayından etibarən əsas binada və Yanıq Mərkəzinin korpuslarında tibbi fəaliyyət dayandırılıb.

Məlumata görə, təmir və yenidənqurma işlərinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)