Aktrisa Ülviyyə Xəlilbəylinin sosial şəbəkədəki paylaşımı izləyicilərinin diqqətindən yayınmayıb.
Milli.Az xəbər verir ki, onun keçmiş həyat yoldaşının müğənni Çinarə Məlikzadə ilə klip çəkilişi üçün fotosessiyasından sonra etdiyi mənalı paylaşım izləyicilərdən birinin maraqlı şərhinə səbəb olub.
Həmin şəxs aktrisanın sözlərini reklam məqsədli paylaşım kimi qiymətləndirərək onun keçmiş həyat yoldaşının yeni klip işi ilə əlaqələndirib. Ülviyyə isə bu fikrə münasibət bildirərək paylaşımının başqa səbəbdən qaynaqlandığını vurğulayıb:
İzləyicinin şərhi belə olub:
"Oğlan klip çəkən günü belə yazırsız ki, reklam olsun, adamlar yazdın evləndi, ona görə pisdi. Ay marketing reklam. Rəylərdə görüb bu nəticəyə gəldim".
Ülviyyə Xəlilbəyli isə cavabında yazıb:
"Nə əlaqə? Ola bilər tanıdığım birinin ölümündən təsirlənib yazım?"
Qeyd edək ki, aktrisa paylaşımında keçmişə, uşaqlıq xatirələrinə və zamanın insanın həyatından apardığı dəyərlərə toxunub:
"Bəzən insan ölümdən yox, sevdiyi dünyanın bir-bir əlindən alınmasından qorxur. Uşaqlığımızı xatırladan insanlar, yerlər, xatirələr yox olduqca elə bil uşaqlığımız da bizimlə birlikdə gedir. Son zamanlar elə hiss edirəm ki, zaman məndən təkcə illəri yox, bir vaxtlar sığındığım o doğma dünyanı da alıb aparır. Ən ağırı isə budur ki, insan bəzən hələ özü yaşayarkən, öz keçmişinin yasını tutur. Bu gün beləyəm".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)