7 gün itkin düşən yaşlı qadın torpaq yeyərək sağ qaldı (Video)

27 Noyabr 2026 15:30

Türkiyənin Mersin şəhərində bir həftə əvvəl itkin düşən 76 yaşlı Müminə Kılıç sağ tapılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşlı qadının yeddi gün ərzində nəm torpaq yeyərək və dərədən su içərək həyatda qalmağa çalışdığı məlum olub.

Kılıç yaşadığı evdən təxminən 7 kilometr uzaqlıqda bələdiyyə əməkdaşı Hikmət Tuncar tərəfindən aşkarlanıb. Əməkdaş qadını tapdıqdan sonra onu təxminən 20 dəqiqə kürəyində daşıyaraq təhlükəsiz yerə çatdırıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)