Restoranlar tək gələn müştəriləri niyə qəbul etmir?

27 Noyabr 2026 17:38

Bəzi restoranlar tək gələn müştəriyə xidmət göstərmirlər. 

Bəs buna səbəb nədir? 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı ekspert Daşqın İbişov bildirib ki, restoranlar həm çoxsaylı, həm də azsaylı müştərilər üçün xüsusi yerlər ayırmalıdırlar:

"Bu yerlərdə də müştəri oturmadan əvvəl əgər masanın vaxt limiti varsa, rezervasiya gözlənilirsə və ya məbləğ limiti varsa, bu barədə öncədən məlumatlandırılmalıdır. Müştəridən xidmətdən imtina etmə haqqı imtina etmə haqqı yoxdur". 

Məsələ ilə bağlı hüquqşünas Esmira Rzayeva bildirib ki, restoranların öz daxili qaydalarını tərtib etmə hüququ var. Bu qaydalar müştərinin hüquqlarını məhdudlaşdırmamalıdır:

"İstehlakçıların hüquqlarının qorunması haqqında qanunda 3-cü maddəsində nəzərdə tutulmuşdur ki, vətəndaşlar hər hansı xidmətdən yararlanarkən onları öz seçimlərini etməkdə sərbəstdirlər. Bunlar əlavə onlara göstəriciləcək xidmət barədə dolğun və düzgün məlumat almalıdırlar. Eyni zamanda onların hesab etdikləri, pozulmuş hüquqları ilə bağlı dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququ əks etdirilmişdir". 

Belə ki, restorana tək gəlmək hüququ müştərinin seçimidir. Bu seçimə görə xidmət göstərilməsindən imtina edilməsi isə artıq istehlakçı hüquqları baxımından müzakirə mövzusudur. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)