42 yaşlı rəis qəfil öldü

27 Noyabr 2026 13:43

"Azərbaycan Dəmir Yolları" QSC-nin vəzifəli şəxsi vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qurumun Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib.

Onun ölümünə qəfil ürəktutmanın səbəb olduğu bildirilir.

Qeyd edək ki, F.Mustafayev 1984-cü ildə anadan olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)