İbrahim Borçalının qızının nişanından görüntülər (Video)

27 Noyabr 2026 12:00

Müğənni İbrahim Borçalının ailəsində xoş gün yaşanıb. Sənətçinin qızı Aysu ailə həyatı qurmağa hazırlaşır.

Milli.Az-ın məlumatına görə, Aysunun nişan mərasimi ötən gün paytaxt restoranlarından birində təşkil olunub.

O, Ramik adlı bəylə münasibətlərini rəsmiləşdirərək evliliyə doğru ilk addımını atıb.

Mərasimdən görüntüləri Aysun sosial şəbəkədə yayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)