Rusiyalı xalq artisti, Bakıda doğulmuş Larisa Dolina Şimali Koreya lideri Kim Çen Inlə görüşüb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Konsert Pxenyanın Opera Teatrında Rusiya ilə Şimali Koreya arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının ilk günü keçirilib.
Tədbirdə Larisa Dolina ilə yanaşı, Yekaterina Andreeva, Mariinski Teatrının solisti Qleb Knyazev və Osipov adına Rusiya Milli Akademik Xalq Çalğı Alətləri Orkestri də çıxış edib.
Qeyd edək ki, Rusiyanın Xalq artisti Larisa Dolina 1955-ci ildə Bakıda doğulub. Üç yaşınadək paytaxtda yaşayan müğənni sonradan ailəsi ilə Odessaya köçüb. 1970-ci illərdə Polad Bülbüloğlunun rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Ansamblında solist kimi çıxış edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)