Fira Cəlilovanın evində tutulan şəxsin fotosu

27 Noyabr 2026 09:57

Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) evində gizlənən şəxsin kimliyi məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarına Novxanı qəsəbəsində Fira Cəlilovanın anasına məxsus bağ evində əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunmuş və təkrar törətdiyi cinayətlərə görə axtarışda olan Əlihüseyn Hüseynovun gizlənməsi barədə məlumat daxil olub.

Kriminalİstintaqdan yayınan şəxs aparıcı Fira Cəlilovanın evində ələ keçdi - Video

Müəyyən edilib ki, axtarışda olan şəxs bilə-bilə həmin evdə gizlədilib.

Hadisə yerinə əməliyyat qrupu gedib və Ə.Hüseynov gizlədildiyi yerdən aşkarlanaraq saxlanılıb.

Qeyd edək ki, Ə.Hüseynovla F.Cəlilovanın qohumluq əlaqələri olmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)