Türkiyənin "Beşiktaş" və "Trabzonspor" komandaları UEFA turnirlərində növbəti sınaqlarından qalib ayrılıblar.
Milli.Az xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin V turunda meydana çıxan "Beşiktaş" İsrailin "Hapoel Beer-Sheva" klubu ilə qarşılaşıb. Türkiyə təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək üç xal əldə edib.
Konfrans Liqasının Liqa mərhələsinin IV turunda isə "Trabzonspor" səfərdə Bolqarıstanın CSKA Sofiya komandası ilə üz-üzə gəlib. Bu görüşdə də sevinən tərəf qonaqlar olub. Trabzon təmsilçisi meydanı 2:1 hesablı qələbə ilə tərk edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)