Müğənni Kəmalə Günəşlinin sosial şəbəkələrdə yayılan görüntülərə reaksiyası müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, azərbaycanlı turistlərdən biri Danimarkada olarkən gördüyü heykəllərdən birini zarafatla Kəmalə Günəşliyə bənzədib. Heykəlin bədən quruluşunun müğənniyə oxşadığını düşünən turist həmin görüntünü sosial şəbəkədə paylaşıb.
Kəmalə Günəşli isə bu paylaşımına maraqlı münasibət göstərib. O, canlı yayım zamanı qürurla Azərbaycandan Avropada heykəli qoyulan yeganə şəxsin özü olduğunu bildirib.
Müğənninin bu sözləri izləyicilərdə sual yaradıb. Onun fikirlərini ciddi şəkildə söylədiyi, yoxsa zarafat etdiyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)