Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez fit görünüşünü qorumaq üçün tətbiq etdiyi qaydalardan danışıb.
Milli.Az-ın məlumatına görə, 57 yaşlı sənətçi bildirib ki, son on ildə mütəmadi olaraq ağırlıq məşqləri ilə məşğul olur. Onun sözlərinə görə, fiziki aktivliklə yanaşı, gündəlik qida rasionunda etdiyi dəyişikliklər də bədən quruluşuna təsir göstərib.
Lopez əvvəllər düyü, lobya, çörək və qızardılmış yeməklərə üstünlük versə də, hazırda daha çox balıq, zülalla zəngin qidalar və yaşıl tərəvəzlər qəbul edir. Müğənni kofeindən uzaq durduğunu, gün ərzində kifayət qədər su içməyə isə xüsusi önəm verdiyini bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)