"Beşiktaş"ın UEFA Avropa Liqası çərçivəsində Gürcüstanın Batumi şəhərində "Hapoel Beer-Şeva" ilə keçirdiyi qarşılaşmadan əvvəl və oyun zamanı azarkeşlərimizə qarşı qeyri-mütənasib güc tətbiq edən təhlükəsizlik qüvvələrini kəskin şəkildə pisləyirik. Hadisələrdən zərər çəkən azarkeşlərimizə şəfa diləyirik".
Milli.Az xəbər verir ki, bu barədə "Beşiktaş" klubunun sosial şəbəkə hesablarında yaydığı bəyanatda deyilir.
"Azarkeşlərimizin stadiona daxil olması zamanı təhlükəsizlik qüvvələrinin çətinlik yaratdığı məlum olduqdan dərhal sonra UEFA nümayəndəsi ilə əlaqə saxlanılıb. Bunun nəticəsində stadionun təxliyə qapılarının açılması təmin edilib və azarkeşlərimizin stadiona sürətli və təhlükəsiz şəkildə daxil olmalarına şərait yaradılıb.
Təhlükəsizlik qüvvələrinin azarkeşlərimizə qarşı qeyri-mütənasib güc tətbiq etməsi ilə bağlı Batumidəki Baş Konsulluğumuz və UEFA qarşısında müvafiq təşəbbüslərin irəli sürüldüyünü bildiririk. Hər bir azarkeşimiz ölkəmizə sağ-salamat qayıdanadək prosesi yaxından izləyəcəyik.
Klubumuzun prezidenti Serdal Adalı ilə telefon danışığı aparan, prosesi yaxından izlədiyini bildirən, komandamıza və azarkeşlərimizə şəfa diləklərini çatdıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürümüzü bildiririk.
Gürcüstanda baş verən üzücü hadisələrlə bağlı həmrəylik nümayiş etdirərək klubumuza və azarkeşlərimizə dəstək mesajları göndərən dəyərli klublarımıza da minnətdarlığımızı bildiririk", - deyə "Beşiktaş"ın bəyanatında qeyd olunur.
Milli.Az