"X" 13-17 yaşlı yeniyetmələr üçün yeni valideyn nəzarəti funksiyalarını istifadəyə verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, platformadan bildirilib ki, valideynlər övladlarının X-də keçirdiyi vaxtı izləyə və gündəlik istifadə limiti təyin edə biləcəklər.
Bundan başqa, məzmun tövsiyələri və videoların yeniyetmələrin izlədiyi hesablarla məhdudlaşdırılması, müəyyən sözlərin filtrlənməsi, həssas media məzmununun bloklanması mümkün olacaq.
Valideynlər övladlarının şəxsi mesajlarını oxuya, axtarış və baxış tarixçəsini görə, onların adından paylaşım edə və hesablarına daxil ola bilməyəcəklər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)