Quru lobya, noxud, mərci və maş kimi paxlalı məhsullar isti və rütubətli mühitdə saxlandıqda qısa müddətdə qurdlaya bilir.
Milli.Az xəbər verir ki,təzəliyi qorumaq və israfın qarşısını almaq üçün düzgün mühafizə qaydalarına əməl etmək vacibdir:
Hava keçirməyən şüşə bankalar: Alınan paxlalılar əvvəlcə yoxlanılmalı, içində zərərverici və ya tor əlamətləri yoxdursa, təmiz və tam quru şüşə bankalara yığılmalıdır. Qapaqları sıx bağlanan bankalar birbaşa günəş işığı düşməyən, sərin və quru şkaflarda saxlanmalıdır.
Dondurucuda 4 gün saxlama üsulu: Məhsulları ağzı bağlı paketlərdə -18 dərəcədə təxminən 4 gün dondurucuda saxlamaq onların daxilində ola biləcək gizli zərərvericiləri və yumurtalarını məhv edir. Dondurucudan çıxardıqdan sonra nəmlənmə yaranmaması üçün paketlər açılmadan otaq temperaturuna gələnə qədər gözlənilməli, yalnız bundan sonra quru bankalara boşaldılmalıdır.
Dəfnə yarpağı təkbaşına kifayət etmir: Bankalara dəfnə yarpağı qoymaq geniş yayılmış üsul olsa da, onun həşəratlanmanı qəti şəkildə dayandırdığına dair kifayət qədər elmi sübut yoxdur. Buna görə də əsas diqqət aşağı rütubətli, sərin mühitə və hava keçirməyən qablara yönəldilməlidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)