Rusiyanın Xalq artisti Alla Puqaçova sosial şəbəkədə nadir hallarda paylaşım edir və şəxsi həyatını izləyicilərindən uzaq tutmağa çalışır.
Milli.Az xəbər verir ki, bu dəfə 77 yaşlı Primadonna ağ divar fonunda çəkilmiş yaxın plan fotosunu izləyiciləri ilə bölüşüb. O, çəkiliş üçün bej rəngli kepka və ağ xallı qırmızı kofta seçib. Görünüşünü boynundakı nazik zəncir tamamlayıb. (olay)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)