“Beşiktaş”ın oyununda dava - yarımçıq dayandırıdı - (Video)

26 Noyabr 2026 22:30

UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel Beer Şeva" komandaları arasında keçirilən matçda gərginlik yaşanıb.

Milli.Az-ın məlumatına görə, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada azarkeşlər arasında qarşıdurma baş verib.

Polis əməkdaşları "Beşiktaş" azarkeşlərinə bibər qazı ilə müdaxilə ediblər.

Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)