Milli İncəsənət Muzeyində “Klassik musiqi zamanı” adlı konsert proqramı keçirilib - (Foto)

26 Noyabr 2026 18:52

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə "Klassik musiqi zamanı" adlı konsert proqramı keçirilib.

"Muzeydə musiqi" layihəsi çərçivəsində təşkil olunan konsertdə Anton Ferştandt, Yuliya Heydərova, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Ruslan Persan və Kamilla İmanova, eləcə də Bakı Musiqi Akademiyasının tələbələri Nurana Salamova, Məryəm Babayeva, Gülər Qasımova və Amin Heydərov çıxış ediblər.

Bədii rəhbər Alyona İnyakina olan musiqi axşamında klassik musiqinin seçilmiş nümunələri səsləndirilib. İfaçılar dinləyicilərə zəngin və rəngarəng musiqi proqramı təqdim edərək tədbir iştirakçılarına xoş sənət anları yaşadıblar.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az