Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub - (Foto)

26 Noyabr 2026 18:49

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında F. Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub.

Musiqi gecəsində ansamblın solistləri - Əməkdar artist Almaz Orucova, Nurlan Əzizbəyli, Taleh Yahyayev, Nurlana Abdullayeva, Rəvan Qaçayev, Nisbat Sədrayeva, eləcə də Anar Yusub (kamança), Məqsəd Əzizov (balaban), Fariz Baxşəliyev (qarmon) və Orxan Sultanov (zurna) çıxış ediblər.

Konsert baş dirijor Mustafa Aşurov, baletmeyster Ceyhun Qubadov və xormeyster Naala Baratelinin təşəbbüsü ilə həyata keçirilib.

Proqram çərçivəsində Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.

Konsert F. Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının zəngin yaradıcılıq ənənələrinin, milli musiqi və rəqs mədəniyyətimizin təbliği, eləcə də Azərbaycan musiqi irsinin yaşadılması baxımından əhəmiyyətli sənət hadisəsi olub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az