Keçmiş nazir müavini PA-da yüksək vəzifəyə təyin edildi

26 Noyabr 2026 18:27

Kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov yeni vəzifəyə təyin edilib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, S.Cəfərov Prezident Administrasiyasında kənd təsərrüfatı üzrə məsul vəzifəyə - şöbə müdiri təyin olunub.

Qeyd edək ki, o, 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub. Bu ilin yanvarında isə nazir müavini vəzifəindən azad olunaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri təyin edilmişdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)