Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə "Danışan misralar" adlı konsert proqramı keçirilib.
"Muzeydə musiqi" layihəsi çərçivəsində təşkil olunan konsertin kuratoru Əqdəs Bağırzadə olub. Proqramda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Kamera ansamblı" kafedrasının dosenti Kübra Erişen və başmüəllimi Nərminə Hacızadənin tələbələri musiqi nömrələri iləçıxış ediblər. proqramı iştirakçılar tərəfindən maraqlaqarşılanıb, gənc ifaçıların təqdim etdiyi musiqi nömrələritədbirə xüsusi rəng qatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az