Ermənistanın Sünik vilayətinin məhkəməsi Azərbaycan ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətini daha üç ay uzadıb.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.
Bildirilib ki, Şəki kəndinə daxil olaraq yerli sakin Ani Avetisyanı yaralamaqda təqsirləndirilən Musayevlə bağlı prokurorun vəsatətini hakim təmin edib.
SiyasətZəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı
Xatırladaq ki, oktyabrın 1-i saat 14:15-də Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə Şəki (Zəngəzur) kəndi istiqamətində sərhədi keçən hərbi qulluqçu 2 ay müddətinə həbs edilmişdi.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)