Kəmalə Qaramollayevanın keçmiş əri konsertinə gəldi (Video)

26 Noyabr 2026 17:00

Müğənni Kəmalə Qaramollayevanın Heydər Əliyev Sarayında baş tutan ilk solo konsertində diqqətçəkən məqam yaşanıb.

Milli.Az xəbər verir ki, sənətçinin keçmiş həyat yoldaşı Teymur bəy oğlu Davidlə birlikdə konsertə qatılıb. Bilet alaraq zalın ilk sıralarında əyləşən Teymur bəy keçmiş xanımına dəstəyini nümayiş etdirib.

Məsələ ilə bağlı danışan Kəmalə Qaramollayeva bildirib ki, yollarını ayırsalar da, övladlarının xatirinə münasibətlərini dostluq çərçivəsində davam etdirirlər. Konsert zamanı uşaqları da atalarının yanında olub.

Video: Gecce.az

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)