Türkiyəli aktyor İsmail Hacıoğlu keçmiş həyat yoldaşı Duygu Kaya Kumarki ilə ikinci dəfə nikah masasına oturub.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, cütlüyün yenidən ailə qurması maqazin gündəmində maraqla qarşılanıb. Onlar ilk dəfə 2016-cı ildə evləniblər. Bu nikahdan Yemin adlı qızları dünyaya gəlib. Lakin cütlük 2020-ci ildə yollarını ayırıb.
Beş il sonra münasibətlərinə yenidən şans verən İsmail Hacıoğlu və Duygu Kaya Kumarki İstanbul Boğazında, yaxtada təşkil olunan sadə və romantik mərasimlə evləniblər. Məclisdə yalnız ailə üzvləri və yaxın dostlar iştirak ediblər. Cütlüyün qızları Yemin də valideynlərinin xoş günündə onların yanında olub.
İlk paylaşımda yer alan "Yarımçıq qalan hekayə..." qeydi isə izləyicilərin diqqətini çəkib.
Aktyorun keçmiş həyat yoldaşı ilə yenidən ailə qurması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)