Gələn ay 10 gün iş olmayacaq - Tarixlər

26 Noyabr 2026 16:13

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar ümumilikdə 10 gün işə getməyəcəklər.

Milli.Az-ın məlumatına görə, dekabr ayında 5 şənbə və 4 bazar günü olmaqla, ümumilikdə 9 həftəsonu günü var.

Bundan əlavə, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur. Bu tarix də ölkədə qeyri-iş günüdür.

Beləliklə, dekabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 10 qeyri-iş günü olacaq.

Qeyd edək ki, yanvarın 1-i və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləridir. Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən, beşgünlük iş həftəsində yanvarın 4-ü də istirahət günü olacaq. Nəticədə, 31 dekabr 2026-cı il tarixindən 4 yanvar 2027-ci il tarixinədək ardıcıl 5 gün istirahət edəcəyik.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)