Atalığı və anasından şiddət görən uşaq sığınacağa yerləşdirilib.
Milli.Az xəbər verir ki, atasının həbsindən sonra anası ilə yaşayan azyaşlının sözlərinə görə, anası yenidən ailə qurduqdan sonra uşağın həyatında çətin günlər başlayıb. O, atalığının kobud davranışları ilə üzləşib. Evdəki münasibətlərin dözülməz həddə çatması səbəbindən azyaşlı gecə saatlarında evdən çıxaraq parka gedib və gecəni orada keçirib.
Uşağı təsadüfən görən vətəndaşlardan biri dərhal polisə məlumat verib. Polis əməkdaşları azyaşlını xəstəxanaya yerləşdiriblər. Daha sonra o, Mehriban Qadın və Uşaq Sığınacağına gətirilib.
Bildirilib ki, uşağın 7 aylıq, 1 yaş 7 aylıq, 4 yaşlı, 7 yaşlı və 12 yaşlı bacı-qardaşları var. Bundan başqa, onun daha iki bacı-qardaşı doğuşdan sonra həyatını itirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)