Azərbaycanda Çempionlar Liqasının oyunu zamanı Rusiya vətəndaşı vəfat edib.
Milli.Az xəbər verir ki, SHOT-un məlumatına görə, 39 yaşlı azarkeş Bakıda keçirilən "Barselona" - "Sabah" matçı zamanı dünyasını dəyişib.
39 yaşlı Anton P. Çempionlar Liqasının oyununu izləmək üçün xüsusi olaraq Azərbaycana gəlib. Qarşılaşma zamanı qəfil halı pisləşən kişi huşunu itirərək tribunada yıxılıb.
Hadisə şahidləri tibbi yardım çağırıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, ölümə ürək çatışmazlığı səbəb olub. Hazırda mərhumun meyiti morqdadır.
Məlumata əsasən, Anton Krasnoyarsk diyarının İqarka şəhərində doğulub, son bir neçə ildə Moskvada yaşayıb. O, layihə-tikinti şirkətinin baş direktoru olub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)