Azərbaycanda səfərdə olan Litva xarici işlər naziri Kestutis Budris "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasa ölkəsinin "Litva diplomatiyasının ulduzu" mükafatını təqdim edib.
Milli.Az xəbər verir ki, nazir bunu sosial şəbəkə hesabında paylaşıb.
"Sizin gördüyünüz işlər idman diplomatiyasının ən mükəmməl nümunəsidir. Litvanın adını tanıtdığınıza, idman ictimaiyyətini həmrəy etdiyinizə, dövlətimizlə və vətəndaşlarımızla haqlı olaraq fəxr etməyimizə şərait yaratdığınıza görə sizə minnətdaram", - deyə Budris bildirib.
Qeyd edək ki, dünən litvalı nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən "Sabah" - "Barselona" matçını Bakı Olimpiya Stadionunda izləyiblər. Oyun 4:1 hesabı ilə Kataloniya klubunun qələbəsi ilə başa çatıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)