Alen Simonyan Gəncəyə gəlir?

26 Noyabr 2026 14:33

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Azərbaycana səfəri dekabrın əvvəlində baş tutacaq.

Milli.Az xəbər verir ki, Simonyan bu barədə noyabrın 26-da hökumət binası qarşısında jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, səfər Bakı şəhərinə olmayacaq.

"Bəli, səfər dekabrın əvvəlində baş tutacaq və bu, Bakı olmayacaq. Güman edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyəm, amma Bakıya yox", - deyə Alen Simonyan bildirib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)