Məşhur müğənni və aktrisa Selena Gomezin maraqlı vərdişi gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi hər gün bir banka turşu yemədən qala bilmir.
Bu barədə onun həyat yoldaşı, musiqi prodüseri Benny Blanko açıqlama verib. Onun sözlərinə görə, Selenanın turşuya xüsusi sevgisi hələ uşaqlıq illərindən formalaşıb və bu gün də dəyişməyib.
Müğənninin bu qidaya marağı o qədər böyükdür ki, o, əvvəllər kinoteatrda film izləyərkən popkornla yanaşı turşu yeməyə üstünlük verdiyini də söyləyib.
Benny Blanko isə həyat yoldaşının sevimli dadını nəzərə alaraq 2024-cü il Sevgililər Günündə ona Texas turşuları hədiyyə edib. Hətta prodüser həmin turşuları qızardaraq Selenaya özəl qəlyanaltı da hazırlayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)