İsmayıllıda 28 yaşlı kişi bıçaqlandı

26 Noyabr 2026 10:25

İsmayıllıda 28 yaşlı kişi bıçaqlanıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 26-da gecə saatlarında İsmayıllı şəhəri ərazisində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri alıb.

Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)