“Sabah” – “Barselona” matçında maraqlı evlilik təklifi (Video)

26 Noyabr 2026 09:55

"Sabah" və "Barselona" komandaları arasında keçirilən qarşılaşma zamanı stadionda maraqlı hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, matçı izləməyə gələn cütlük foto çəkdirən zaman gənc oğlan sevgilisinə gözlənilməz evlilik təklifi edib. Həmin romantik anın görüntüləri sosial şəbəkələrdə yayılaraq diqqət çəkib.

Gənc xanım yaşadığı sevinc və həyəcanı sosial şəbəkə hesabında bölüşüb:

"Mənim üçün sadəcə bir evlilik təklifi deyildi... Ürəyimdə çoxdan yaşatdığım bir xəyal idi. Sən bu arzumu da ürəyimdə qoymadın, mənə xəyal etdiyim o anı yaşatdın. Hər şey üçün yaxşı ki, sən...".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)