Avstraliya Senatının iclasında qeyri-adi anlar yaşanıb. Senator Fatima Peyman parlamentdəki müzakirələrə azyaşlı qızı Aliya ilə qatılıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə senatorun internet təhlükəsizliyi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış etdiyi görünür.
Bu zaman senatorun həmkarı Lidiya Torp balaca Aliyanın darıxmaması üçün onunla maraqlanıb və əyləndirməyə çalışıb.
İclas zamanı qeydə alınan səmimi anları təqdim edirik:
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)