"Sabah"ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının V turunda "Barselona"ya qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb.
Milli.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Bakıda 1:4 hesabı ilə başa çatan qarşılaşmanın ilk hissəsində komandalarının yaxşı təsir bağışladığını və bir neçə qol şansı qazandığını bildirib.
Mikelsin sözlərinə görə, "Sabah" həmin imkanlardan yararlana bilsəydi, hesab fərqli ola bilərdi. O, topun dirəyə dəydiyini, komandasının iki-üç qol vurmaq fürsətinin olduğunu vurğulayıb. Futbolçu qeyd edib ki, "Barselona" səviyyəsində rəqibə qarşı fürsətləri boşa vermək baha başa gəlir, çünki kataloniyalılar öz imkanlarını dəyərləndirməyi bacarırlar.
Hücumçu "Barselona"nın qapısına qol vurmasından məmnun qaldığını desə də, ikinci qol şansını da qaçırdığı üçün təəssüfləndiyini bildirib. Onun fikrincə, həmin epizodda da fərqlənmək mümkün idi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)