Sabah Qəbələ şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Milli.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 26-da saat 09:00-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin Nəsimi və Z.Əliyeva küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)