Bakıda avtobuslar üçün xüsusi işıqfor istifadəyə verildi - (Foto/Video)

25 Noyabr 2026 18:50

Paytaxtda avtobuslar üçün nəzərdə tutulan xüsusi işıqfor istifadəyə verilib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud işıqfora avtobuslar üçün ayrıca quraşdırılan işıqfor artıq istifadədədir. Avtobus sürücüləri həmin işıqforun siqnallarına uyğun şəkildə hərəkəti davam etdirirlər.

Qeyd edək ki, avtobus işıqforlarının quraşdırılmasında əsas məqsəd avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)