Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi olan Həsən Əlili binanın 5-ci mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib.
Mərhumun əslən Tovuz rayonundan olduğu bildirilir.
O, ali məktəbə qəbul imtahanlarında yüksək nəticə (652 bal) göstərib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)