ABŞ-də yaşayan azərbaycanlı müğənni küçədə maraqlı mənzərə ilə qarşılaşıb. O, polis avtomobilində olan əməkdaşın Xalq artisti Eyyub Yaqubovun ifasında "Bakılı balası" mahnısını dinlədiyini görüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2013-cü ildə "Avroviziya" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov həmin anı sosial şəbəkə hesabında paylaşıb.
Paylaşım sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)