Noyabr ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb

25 Noyabr 2026 18:10

Azərbaycanda noyabr ayı üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Beləliklə, noyabr ayı üzrə bütün sosial ödənişlərin verilməsi başa çatdırılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)