Bakıda qadın hamamda öldü

25 Noyabr 2026 16:40

Bakının Yasamal rayonunda qadın hamamda çimərkən ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 24-də baş verib.

Belə ki, Həmidə Aslanova yaşadığı evin həyətində yerləşən hamamda çimərkən həyatını itirib. Onun dəm qazından zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)