Sumqayıtda dənizdə batan gəncin meyiti tapıldı

25 Noyabr 2026 16:16

Sumqayıtda dənizdə batan gəncin meyiti tapılıb.

Milli.Az xəbər verir ki, 2006-cı il təvəllüdlü Nəsrəddin Şahəliyev noyabrın 18-də Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən aparılan axtarışlar nəticəsində gəncin meyiti batdığı yerdən 600 metr aralıda, nəzarətsiz ərazidə aşkar edilib.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)