Xəbər verdiyimiz kimi, Türkiyədə narkotik işi üzrə aparılan istintaq çərçivəsində 24 nəfər saxlanılıb. Onların arasında tanınmış aktyorlar Özcan Deniz, Deniz Çakır və Burcu Özberk də var.
Milli.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Ümumilikdə 35 nəfər barəsində saxlanılma qərarı verilib. Saxlanılan şəxslər tibbi müayinədən sonra məhkəməyə təhvil veriliblər.
İstanbul Prokurorluğunun apardığı araşdırma narkotik vasitələrin istifadəsi, saxlanılması və yayılması iddialarını əhatə edir. Qalan 11 şübhəlinin axtarışı davam edir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)