Hacıqabulda kürəkən qayınatasını öldürdü

25 Noyabr 2026 15:42

Hacıqabulda qətl hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin Rəsulzadə küçəsində, 62 yaşlı Davud Abbasovun yaşadığı evin həyətində baş verib.

İlkin məlumata görə, 42 yaşlı Asim İmanov qayınatasına bıçaqla üç zərbə endirib. Davud Abbasov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisəni törətməkdə şübhəli bilinən Asim İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)