"Sabah" klubunun futbolçusu Timoteuş Puxaç "Barselona"nın qapıçısı Voysex Şesnı ilə bir araya gəlib.
Milli.Az xəbər verir ki, Polşa millisində eyni komandanın formasını geyinən futbolçular ötən gün keçirilən açıq məşqlər zamanı yaranan fasilədə görüşərək söhbət ediblər.
Həmin anın fotosunu Timoteuş Puxaç şəxsi "Instagram" hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması bu gün saat 21:45-də başlayacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)