Niderlandın PSV klubunda çıxış edən İvan Perişiç UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi turnirin əsas mərhələsində penaltidən qol vuran ən yaşlı futbolçu olub. O, bu nailiyyətə İspaniyada "Real"a qarşı keçirilən Liqa mərhələsinin V tur matçında imza atıb.
37 yaş 295 günündə olan Perişiç 11 metrlik zərbəni dəqiq yerinə yetirməklə yanaşı, Çempionlar Liqasında "Real"ın qapısına qol vuran ən yaşlı oyunçu kimi də tarixə düşüb.
Qeyd edək ki, qarşılaşma PSV-nin 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)