Lotereyadan bir milyon uddu, saxlanıldı

25 Noyabr 2026 11:53

ABŞ-nin Miqrasiya və Gömrük Polisi (ICE) əməkdaşları Massaçusets ştatının lotereyasında bir neçə gün əvvəl 1 milyon dollar udan Salvador vətəndaşı Ariel Antonio Velaskes-Moralesi Bostonda saxlayıblar.

Milli.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Həmin şəxs noyabrın 24-də səhər saatlarında Bostonun Şərqi Boston (East Boston) rayonunda saxlanılıb. Polis əməkdaşları onu həbs etməyə cəhd göstərərkən o, qaçmağa çalışıb, lakin qısa müddət ərzində tutulub.

Velaskes-Morales 2013-cü ildə Texas ştatının Roma şəhəri yaxınlığında ABŞ sərhədini qanunsuz keçib. 2014-cü ilin aprelində onun barəsində deportasiya ilə bağlı yekun qərar çıxarılıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)