ABŞ-ın Missisipi ştatının sahillərində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, dalğıclar Missisipi ştatındakı Horn adasından təxminən 3,2 kilometr aralıda batmış təyyarənin göyərtəsində olan 6 nəfərin meyitini aşkar ediblər.
Qurum təyyarədə olan şəxslərin kimliyini açıqlamayıb.
Hadisə nəticəsində 4 böyük və 2 uşaq həyatını itirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)