Andrey Arşavin “Sabah”-“Barselona” matçı üçün Bakıya gəldi

25 Noyabr 2026 10:47

Rusiya futbolunun tanınmış simalarından olan Andrey Arşavin Bakıya səfər edib.

Milli.Az xəbər verir ki, Rusiya millisinin və İngiltərənin "Arsenal" klubunun keçmiş ulduz futbolçunun  "Qarabağ"ın qolkiperi Şahrudin Məhəmmədəliyevlə fotosu azarkeşlərin marağına səbəb olub. Səfəri zamanı Arşavin "Sabah" - "Barselona" qarşılaşmasını da stadiondan canlı izləmək qərarına gəlib.

Əfsanəvi futbolçunun Bakı səfəri futbolsevərlərin diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)