Türkiyəli tanınmış aktrisa Burcu Özberk narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
Milli.Az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində barələrində həbs qərarı çıxarılan 35 şübhəlidən 23-ü tutulub. Saxlanılanlar arasında Özcan Dəniz, Deniz Çakır, Murat Ceylan, Cansu Taşkın və İbrahim İzzet Özilhan da var.
Şahid və şübhəli şəxslərin ifadələri, rəqəmsal materialların ekspertiza rəyləri, eləcə də məxfi şahidlərin məlumatları qiymətləndirildikdən sonra narkotik vasitələrdən istifadə və ya onların saxlanılması şübhəsi ilə bağlı həbs qərarları verilib.
Qeyd edək ki, Burcu Özberk hazırda "Anne yarısı" serialında baş rolu canlandırır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)