Qubada avtomobilin vurduğu piyada xəstəxanada öldü

25 Noyabr 2026 09:35

Qubada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Milli.Az xəbər verir ki, noyabrın 24-də Vəfadar Ayazik oğlu Mirzəyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Rəna Eynulla qızı Orucovanı vurub.

R.Orucova aldığı xəsarətlərdən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. V.Mirzəyev şübhəli şəxs qismində tutulub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)